20.10.2024, 12:46
AZ EN
20.10.2023, 16:04 246

Xocalı sakinlərinin Göyçayda səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Göyçay rayonunda müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak edib.

İcra başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.

Səyyar görüş-qəbulda 18 nəfər iştirak etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər