2019-cu ilin oktyabrın 1-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi və o da 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması uğrunda döyüşlərə qatılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. Elçin 31 oktyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın
azad edilməsinə görə” medalları ilə təltif edilib.
Elçinin komandirləri, döyüş yoldaşları deyir ki, o ilk baxışdan sakit bir əsgər kimi təsir bağışlasa da, döyüşdə sərrast atəşləri və qorxmazlığı ilə fərqlənirdi. Ona görə ata-anası oğlunun komandirlərinin təşəkkür və xoş sözlərini bu gün də unuda bilmir... İgid əsgərin atası oğluyla qürur duyduğunu deyir. Əlbəttə, bütün analar kimi Elçinin də, anası oğlunu bəylik geyimində görməyi arzulayırdı. Amma Vətənin azadlığı uğrunda ciyərparası müqəddəs şəhid kimi bayrağımıza bükülüb ata ocağına qayıtdı...
O quruca torpağın,
Daşın sağ olsun, Vətən!
Hər Şəhid bir bayraqdı
Başın sağ olsun, Vətən!
Doğum günün mübarək, məzarın nurla dolsun, şəhidim.
Mina Rəşid