Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Zərifə Fərzəliyeva söyləyib.
Uşaqları ilə birlikdə Cəbrayıldan məcburi köçkün düşdüyünü xatırladan Z. Fərzəliyeva vurğulayıb ki, indi beş nəfələ geri qayıdır. O, məcburi köçkün düşdüyü günləri ağrı-acı ilə xatırlayıb. Keçmiş məcburi köçkün şəhidlərə Allahdan rəhmət diləyib, dövlətimizə, Azərbaycan Prezidentinə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib. (AZƏRTAC)