22.11.2024, 18:30
AZ EN
27.10.2024, 16:54 170

“Qubadlının dahi təbibləri” rubrikası davam edir

XƏBƏRLƏR
  • Səlimov Şahsuvar İmran oğlu 1944-cü il oktyabr ayının 5-də Qubadlı rayonunun Xələc kəndində anadan olub. 1951-ci ildə Xələc kənd məktəbində ibtidai təhsil, 1955-ci ildən 1959-cu ilə qədər Qubadlı rayonu Çardaxlı kənd məktəbində natamam orta və 1959-cu ildən 1962-ci ilə qədər Qubadlı qəsəbə Qara İlyasov adına məktəbdə orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 1 il müddətində Sumqayıt şəhərində yerləşən “Boru Prokat” zavodunda işləyib.  

1963-cü ildə sənədlərini Azərbaycan Tibb İnstitutuna verərək yüksək nəticə ilə qəbul olub. 1969-cu ildə institutu bitirdikdən sonra stomatoloq ixtisasına yiyələnib. 1969-cu ildən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında stomatoloq kimi fəaliyyətə başlayan Şahsuvar həkim 1993-cü ilə qədər burada Stomatologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 

O, 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşıb. 1994-cü ilin may ayından Səhiyyə nazirinin əmri ilə Bakı şəhəri, Suraxanı rayonu 4 saylı poliklinikada fəaliyyətini davam etdirib. 2010-cu ildə təqaüdə çıxan Şahsuvar həkim 2021-ci ilin sentyabrın 29-da dünyasını dəyişib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər