20.10.2024, 23:11
AZ EN
10.02.2024, 13:29 226

Xocavənddə baş verən partlayışda xəsarət alan şəxsin 3 barmağı amputasiya olunub

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti fevralın 10-da Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən daxil olan məlumatda deyilir, ki arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır! (AZƏRTAC)

 

Oxşar xəbərlər