09.06.2025, 16:29
AZ EN
17.11.2023, 10:29 384

Nicat ata-ananın yeganə övladı idi

XƏBƏRLƏR
  • Nicat ailənin tək övladı, ata-anasının gözünün işığı idi. Ona görə də  müharibədə olduğunu onlardan gizlətməyə çalışırdı və hər dəfə onlarla danışanda hər şeyin yaxşı olacağını, deyirdi. O, igid əsgər kimi Vətən müharibəsində düşmənlə sona qədər vuruşdu. Şanlı qələbəmizə çox az, sayılı saatlar qalmış Vətən uğrunda qəhrəmancasına şəhadətə ucaldı.  

Azərbaycan ordusunun əsgəri, şəhid Nicat Şöhrət oğlu Tarıverdiyev 1998-ci il noyabrın 17-də Bakıda anadan olub. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib. Nicat idmançı idi, qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olmuşdu. O, ali təhsilini bitirib hərbi xidmətə yollanmışdı...

Ordumuzun mərd əsgəri Nicat Tanrıverdiyev 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Talış -Suqovuşan istiqamətində savaşıb. O, Şanlı Qələbəmizə çox az qalmış döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Qəhrəman şəhidimiz İkinci Fəxri Xiyabanda general Polad Həşimovun məzarı yanında böyük izdihamla torpağa tapşırılıb. 

Anası Şükran Faruq qızı deyir ki, oğlu qələbəyə sayılı saatlar qalmış şəhid olub: “Prezident tam qələbə qazandığımı elan etdi. Qurban demişdim, getdim onu kəsməyə. Elə ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər oğlun qəhrəmandır”.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarna əsasən Nicat Şöhrət oğlu Tanrıverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “3 cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Nicat balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər