16.04.2025, 12:26
AZ EN
31.03.2022, 11:50 410

Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib

XƏBƏRLƏR

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri başlayıb.

Səfərdə 30-a yaxın ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan şəxslərdir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaqlar. ("Trend")

Oxşar xəbərlər