23.12.2024, 09:38
AZ EN
25.01.2024, 10:21 317

Qalib komandana səs verəcəklər

XƏBƏRLƏR

Qərbi Azərbaycanın Çəmbərək rayon Yanıqpəyə icmasını Ağsaqqallar Şurasının sədri Ələkbər Murğuziv və Ziyalılar Şurasının sədri Tahir Süleymanov "Vətən səsi" nin əməkdaşı ilə onlayn söhbətdə bildiriblər ki, icmanın bütün üzvləri fevralın 7-dəki növbədənkənar prezident seçkisində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə səs verəcəkdir. Qarabağ uğrundakı döyüşlərdə onlarla iştirakçısı, 8 şəhidi olan bu icmanın sakinləri əmindirlər ki, 1921-ci il martın 13-də Moskvanın Azərbaycandan qopararaq Ermənistan SSR-ə bağışladığı, 1988-ci ildə isə qaçqın salındıqları doğma yurdlarına məhz qalib ordunun Lideri cənab İlham Əliyevin müdrik siyasəti və dəmir yumruğu ilə qayıdacaqlar.

Nəsib

Oxşar xəbərlər