25.12.2024, 06:02
AZ EN
15.06.2022, 13:15 331

SORĞU: Vətəndaşlar Qarabağda bərpa və yenidənqurma tədbirlərini necə qiymətləndirirlər?

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri respondentlərin 76,6%-nin gözləntilərini tam, 19,4%-nin isə əsasən doğruldur.

Bu, Sosial Tədqiqatlar Mərkəzinin Böyük qayıdışa hazırlıq və quruculuq işləri barədə keçirdiyi rəy sorğusunda öz əksini tapıb.

Qeyd olunub ki, əks mövqedən çıxış edənlər cəmi 2,5%, mövqe bildirməkdə çətinlik çəkənlər isə 1,4% təşkil edib.

Həmçinin işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə respondentlərin 37,4%-i çox, 53,0%-i isə əsasən məlumatlıdır. 4,2% bu görülən işlər barədə əsasən məlumatsız olduğunu, 5,2% heç bir məlumatı olmadığını bildirib. ("Report")

Oxşar xəbərlər