11.03.2026, 11:46
AZ EN
11.03.2026, 09:58 48

Ermənistan ABŞ-la yeni saziş imzalayacaq

XƏBƏRLƏR
  • Ermənistan ABŞ hökumətləri sülh məqsədli nüvə enerjisindən istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Tomas Dinanno ilə görüşü zamanı bildirib. Həmin görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin sülh məqsədli istifadəsi sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqların başa çatdığını xüsusi vurğulayıblar. Bildirilib ki, İrəvan və Vaşinqton rəsmilərinin uzun müddətdir üzərində işlədiyi saziş artıq imzalanmaya hazırdır. Sənədin imzalanması üçün tərəflərin müvafiq formatda növbəti görüşü nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə birgə brifinqdə iki ölkənin sülh məqsədli nüvə enerjisi sahəsində əməkdaşlıq üzrə saziş danışıqlarının başa çatması ilə bağlı birgə bəyanat imzaladığını açıqlamışdı. Paşinyan bunun ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olacağına ümid etdiyini bildirmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər