11.03.2026, 12:42
AZ EN
11.03.2026, 10:39 208

Bu gün qəhrəman şəhidimiz Sahil Salmanovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətənimizin azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də Sahil Salmanovdur.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Vüqar oğlu Salmanov 11 mart 2002-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Sahil Salmanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gənc ömrünü, tumurcuqlamayan arzularını, xəyallarını Vətənə fəda edən Sahil  Salmanovun  xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Yarım qalan hər şəhid ömrü yeni dünyaya gələn körpələrimizin həyatında bütövləşəcəkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər