Vətən müharibəsində yolu Kəlbəcərdən başlayan Ümman Murovdağ, Susuzluq yüksəkliklərinin azad olunmasında yaxından iştirak edib. Həmçinin düşmənin 50 km dərinliyinə sızaraq bir sıra tapşırıqların uğurla icrasına yardımçı olub. Daha sonra Cəbrayıl istiqamətində düşmənə qarşı vuruşub, Cəbrayılın, Hadrut və Xovcavəndin azad olunmasında iştirak edib. Cəsur döyüşçü Şuşa döyüşləri zamanı düşmənin snayper ilə ürəyindən nişan alınsa da sağ qalıb. Qəhrəman döyüşçümüz o anları belə xatırlayır: “Biz müharibəyə sentyabrın 27-də Murovdağ döyüşlərinə qatılmaqla başladıq. Orada 3 gün döyüşəndən sonra Cəbrayıl istiqamətində davam etdirdik. Müəyyən mövqelərdə tapşırıqları yerinə yetirib Hadruta doğru irəliləyirdik. Hadrutun azad olunmasında bizim briqadanın böyük zəhməti olub. Oranın hər bir istiqaməti yüksək zirvəlikdir. Bua görə də Hadrut ermənilər üçün daha əlverişli idi. Düşmən yuxarıda daha əlverişli mövqedə dayanırdı. Biz isə açıq ərazidə dağlara dırmaşa-dırmaşa döyüşüb postları azad edirdik”.
Hadrut döyüşlərindən sonra Xocavəndin Tuğ, Böyük Tağlar, Xocalnın Çanaqçı, Dəmirçilər kəndlərinin azad edilməsi tapşırığını Ümman və silahdaşları uğurla icra ediblər. Hədəf Şuşa istiqaməti idi. Alınmaz qalaya Daşaltıdan girmək üçün ilk növbədə Qırmızı bazar istiqamətində olan yüksəkliklər düşməndən təmizlənməli idi.
-Ermənilərin bizim Qırmızı bazarda olduğumuzdan xəbərləri yox idi. Həmin əraziləri minomyotla vururdular, inanmırdılar ki, ora kimi irəliləyə bilərik. Kəndin ətrafında ağaclıqların içərisindən mövqelənmişdik. əlisilahlı erməni hərbçiləri bizim tərəfdən keçib gedirdilər. Hadrut döyüşlərindən sonra Xocavəndin Tuğ, Böyük Tağlar, Xocalnın Çanaqçı, Dəmirçilər kəndlərinin azad edilməsi tapşırığını Ümman və silahdaşları uğurla icra ediblər. Hədəf Şuşa istiqaməti idi. Alınmaz qalaya Daşaltıdan girmək üçün ilk növbədə Qırmızı bazar istiqamətində olan yüksəkliklər düşməndən təmizlənməli idi.
Noyabrın 3-də artıq Şuşada idik. Amma meşənin içində olduğumuza görə onlr bizi görmürdülər. Biz isə düşməni çox yaxından müşahidə edə bilirdik. Noyabrın 5-də bütün istiqamətlərdən hücuma keçdik. Şiddətli döyüşlər gedirdi. Mən müşahidə aparan zaman vuruldum. Snayper gülləsi qarşımdakı yoldaşımdan keçib ürək nahiyəmdən mənə dəydi. Amma bəxtim gətirmişdi, cimimdə telefonumun daşı və pulqabıb var idi. Güllə daşa dəyib, ürəyimdən yayınaraq 7-ci qabırğamın arasında qalmışdı. Hərəkət edə bilmirdim. Məni və digər yaralıları Laçın tərəfdən gələn yolda pusqu quran dəstənin yanına apardılar. Biz orada meşədə gizlənmişdik. Yaralı qaldığım həmin yerdə düşmənin 100-dən çox canlı qüvvəsi məhv edildi. Şuşa şəhərinin girişində, dağın dibində xeyli sayda erməni leşi var idi. Ayın 6-sı döyüşün ən qızğın çağında bizim tank əleyhinə mərmimiz bitdi. Hava getdikcə qaranlıqlaşırdı. Mövqeləndik, düşmən tankları keçdi. Əlimizdə vəsait olmadığına görə onları vura bilmədik. Hava işıqlananda komandirimiz dedi ki, düşmən maşınlarında xeyli sayda tank əleyhinə mərmilər var. Hərbçilərimiz dərhal onları götürüb payladılar. Həmin mərmilərlə düşmənin 10-dan çox tankını zərərsizləşdirdik., bir neçə tankçıları yandı, ondan sonra ermənilər qaçdılar. Şuşa döyüşü gördüklərim əməliyyatlar arasında ən dəhşətlisi idi. Bizim XTQ öz gücünü Şuşada bir daha göstərdi. Solumuz, sağımız, qarşımız düşmən idi. Elə bir mövqedən hücuma keçmişdik ki, ermənilər özləri çaşmışdı.
Bizim bölməmiz Vətən müharibəsində 11 nəfər şəhid verdi...”
Şükürlər olsun ki, Vətən müharibəsinin zəfərində bizim də əməyimiz oldu. Şükür Allaha ki, daha alnlmlz açıq, üzümüz ağ, başımız dikdir deyir qəhrəmanımız.
Ümman Baxşəliyev Prezidentin sərəncamına əsasən “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Xocavəndin azad olunmasına görə, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, ”Vətən müharibəsinin iştirakçısı” və “10 il qüsursuz xidmətlərə görə ” medalları ilə təltif edilib. Bəli, Vətəni Vətən edən Ümman və onun timsalında bütün igidlərimiz oldu.
Hazırladı: Tahirə AĞAMİRZƏ