24.04.2025, 22:39
AZ EN
21.08.2024, 14:49 415

Qarabağ Universitetinə iyul-avqust ayları ərzində ümumilikdə 6632 vətəndaş müraciəti daxil olub

XƏBƏRLƏR
  • Bu barədə Qarabağ Universitetinin məlumatında bildirilib. Qeyd olunub ki,  müraciətlərin 4417-si əlaqə nömrəsi vasitəsilə daxil olan zənglər və "WhatsApp" ismarışları, 1533-ü sosial media, 682-si isə elektron poçt vasitəsilə yönləndirilib.

Müraciətlər Qarabağ Universitetində tələbələrə təqdim olunan imkanlar, tədris və sosial həyat, kadr hazırlığı aparılan ixtisaslar və digər məsələlərlə bağlı olub.

Qeyd edib ki, yeni model universitet kimi Azərbaycanın elm və təhsil bazasını dünya səviyyəsində təbliğ etməyi hədəfləyən Qarabağ Universitetinin fəaliyyətində ictimaiyyətlə daim olaraq effektiv əlaqə və hər bir müraciətə individual yanaşma prioritet istiqamətlərdəndir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər