“Həm Birliyimizin üzvləri, həm əhatəmizdə olan insanlar bu seçkidə ölkə rəhbəri cənab İlham Əliyevin yenidən prezident seçilməsini dəstəkləyir. Birlik olaraq yarandığımız gündən məqsədimiz dövlət və dövlətçiliyimizə xidmət etmək olub. Fəaliyyətimiz boyu cənab Prezidentin apardığı siyasəti təbliğ etməklə məşğul olmuşuq. Seçki təbliğatı çərçivəsində Azərbaycanın 15 rayonunda, 82 məcburi köçkün qəsəbəsində görüşlər keçirmişik. Görüş iştirakçıları qətiyyətli və güclü siyasi iradəsi, diplomatik bacarığı, müdrik siyasəti nəticəsində Azərbaycanı qüdrətli dövlətə çevirən cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Onlar yekdilliklə qeyd ediblər ki, torpaqlarımızı işğaldan azad edən, ərazi bütövlüyümüzü bərpa edən cənab İlham Əliyevə səs verəcəklər,” – deyən birlik sədri vətəndaşların seçki günü fəallıq nümayiş etdirərək öz səsini Ali Baş Komandana verəcəyinə əminliyini ifadə edib.