Bunu Füzuli sakini Şəhriyar Vəliyev oktyabrın 11-də Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən keçmiş məcburi köçkünlərin Füzuli rayonuna yolasalma mərasimi zamanı deyib.
Hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəkən Şəhriyar Vəliyev Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.
Hazırda oğlunu və həyat yoldaşını doğma yurduna yola salan Füzuli sakini tezliklə özünün də gedəcəyini vurğulayıb.
Azərbaycan xalqının məğrurluğundan söz açan Ş.Vəliyev başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusuna, xalqımızın qəhrəman övladlarına minnətdarlığını bildirib. (AZƏRTAC)