O, görüş zamanı bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra müasir standartlara uyğun olaraq yenidən qurulan Füzuli şəhərində 3 mindən artıq keçmiş məcburi köçkün vətəndaşlarımız məskunlaşıb. Şəhər iqtisadiyyatın formalaşması və reintqerasiyası istiqamətində də intensiv işlər görülür.
Görüş zamanı 25-dən çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı qərarlar qəbul edilib. Sakinlərin müraciətləri məşğulluq, əlillik dərəcəsinin alınması, mənzil təminatı, iş yerini dəyişmək, sahibkarlıq fəaliyyəti, sosial təminat və digər mövzudan ibarət olub.
Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlərlə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırılıb.
Tahirə AĞAMİRZƏ