02.08.2025, 21:40
AZ EN
02.08.2025, 17:47 111

“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirilib

XƏBƏRLƏR
  • Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Qüdrət Rahim oğlu Adışovun və Valeh Mirzə oğlu Hüseynovun xatirəsinə həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbirin iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirən videomaterial təqdim olunub, onların döyüş yolu haqqında ətraflı məlumat verilib, vətənpərvərlik mövzusunda musiqi əsərləri səsləndirilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR