21.11.2024, 22:53
AZ EN
20.02.2023, 15:34 237

Separatçıların rəhbəri haylara müraciət edib

XƏBƏRLƏR
  • Separatçı bandanın rəhbəri Araik Harutyunyanın Qarabağdakı haylara ünvanladığı müraciətdə göstərilir ki, 35 il öncə DQMV-nin növbədənkənar sessiyası "hayların hüquq və azadlıqlarını əsas tutaraq "tarixi qərar" qəbul etdi.

Qərarda muxtar vilayətin Ermənistana birləşdirilməsinə razılıq verilməsi üçün Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildiyini də xatırladan terrorçu Azərbaycan buna razılıq vermədiyinə görə və bundan sonra gərginliyin getdikcə artaraq müharibəyə çevrildiyini və guya, hayların qalib gəldiyini heç bir əsası olmayan ifadələrlə vurğulayıb.

"35 il sonra da qərarımız dəyişməz olaraq qalır", - deyə o, 44 günlük müharibədə guya igidlik göstərdiklərini də, indiki fəaliyyətlərini də beynəlxalq təşkilatlara çatdırmaqla mübarizə aparmaq gücündə olduqlarını lovğalıqla çərənləyib. Bir sözlə, onun bu çıxışı da deməyə tam əsas verir ki, o, dəmir yumruq görməsə nə dilinə, nə də əməlinə son qoymayacaq.

Nəsib

Oxşar xəbərlər