16.05.2024, 02:10
AZ EN
29.04.2024, 14:38 210

Deputat baş naziri hədələyir

XƏBƏRLƏR
  • Qazaxın 4 kəndinin qaytarılması və Azərbaycan tərəfdən sərhəd dirəklərinin basdırılması erməni revanşçılarının bu günkü aksiyasında da gündəmə çevrilib. Yolu çəni çıxarılmış TIR maşını ilə kəsənlərin arasında olan deputat, "Hayastan" fraksiyasının üzvü Geğam Manukyan polis zabitinin yumşaq danışığından daha da cürətlənərək ona deyib ki, Nikol Paşinyan torpaq satandır, əsl haysansa, polissənsə get onu həbs et, səni alqışlayım. Polis rəisi cavab verib ki, sən qardaşınla öyünürdün, xoşun gəlməyənlərə onunla hədə- qorxu gəlirdin, indi o, Bakıdadır. Onu Paşinyan həbs etməyib ki? Sən əsl qardaşsansa, əsl haysansa, onu Bakı həbsxanasından azad et, mən də sənin xahişinə əməl edərəm.

Mübahisə bir qədər də dərinləşib və polislər yolu güclə açmaq istəyərkən Geğam Manukyan erməni sayağı bicliklə deyib ki, yolu maşında ağlayan xəstə uşağa görə açırıq, sizin satqın Paşinyanı isə özüm həbs edəcəm. Polislər ona baxıb gülüblər.

Xatırladaq ki, Azərbaycan əleyhinə radikal revanşçı çıxışlar edən deputat Geğam Manukyanın qardaşı "general" David Manukyan Bakıda istintaq təcridxanasındadır və o qardaşından fərqli olaraq balaca boy deyil.

N.Qaramanlı

Oxşar xəbərlər