09.04.2026, 14:25
AZ EN
09.04.2026, 08:00 219

Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub

XƏBƏRLƏR
  • Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində Qarabağ Universiteti uğurla təmsil olunub.

Universitetdən bildirilib ki, aprelin 7-8-də Əl-Farabi adına Qazax Milli Universitetində təşkil olunan sərgi çərçivəsində Qarabağ Universitetinin stendi ziyarətçilər, xüsusilə abituriyentlər tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılara təhsil proqramları, qəbul imkanları, akademik mühit və tələbə həyatı haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, ziyarətçilərə müxtəlif promo materiallar və hədiyyələr təqdim olunub.

Qarabağ Universitetinin beynəlxalq təhsil sərgilərində fəal iştirakı universitetin qlobal əməkdaşlıqlarının genişləndirilməsi, eləcə də Azərbaycan təhsilinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu universitet beynəlxalq platformalarda təmsil olunmağı prioritet istiqamətlərdən biri hesab edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. (AZƏRTAC)

Oxşar xəbərlər