25.06.2025, 19:35
AZ EN
18.10.2022, 10:27 447

Şəhid Heydərov Əli Vaqif oğlunun ailəsi ziyarət edilib

XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon MKS-nin Quşçular kənd kitabxanasının işçiləri şəhid Heydərov Əli Vaqif oğlunun ailəsi ilə görüşüblər. Görüşdə şəhidin anası Gülbəniz xanım övladı Əli haqqında xatirələrini paylaşıb:

-“Əli 9 fevral 2002-ci ildə Naxçıvanda anadan olub. Yeddi ayın əsgəri idi. 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə 3 oktyabr 2020-ci ildə qəhrəmanlıqla şəhid olub”...

Görüşdə vurğulanıb ki, Vətən uğrunda canından keçərək gənc yaşında Zəfər tariximizi yazan oğullardan biri olan Əli təkcə Gülbəniz xanımın yox, bütün Azərbaycan analarının övladıdır. Şəhid anasına və bacısına dəstək və təsəlli olmaq hər birimizin mənəvi borcudur.

Allah rəhmət eləsin, məzarı nurla dolsun.

Mina RƏŞİD

Oxşar xəbərlər