24.04.2025, 21:47
AZ EN
11.12.2023, 16:30 317

Qubadlı RİH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası həyata keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayon St.Sumqayıt ərazisində yeni salınmış parkda, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətyanı ərazisində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası və iməciliklər həyata keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, məktəb direktorları, müəllimlər, şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Aksiya çərçivəsində ağac əkilən ərazidə təmizlik işləri aparılıb, qurumuş ağaclar yenisi ilə əvəz olunub, həmçinin müxtəlif növ ağaclar əkilərək suvarılıb.

Ümumilikdə ağacəkmə aksiyasında 300-dən çox ağac əkilib.

Mina RƏŞİD

Oxşar xəbərlər