18.04.2025, 18:51
AZ EN
11.04.2025, 09:19 115

Bu gün qəhrəman şəhidimiz mayor Abakar Hacıyevin doğum günüdür

XƏBƏRLƏR
  • Hələ də heç bir alim sübuta yetirə bilməyib Vətən sevgisinin hər şeydən, hər kəsdən üstünlüyünün səbəbini. Bu elə bir sirli sevgidir ki, anadan, övladdan belə öndə gəlir. Uğrunda can gülə-gülə fəda edilir...

Ermənistan üzərində tarixi qələbəmizi elə-belə qazanmamışıq! Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin polad kimi güclü iradəsi və qətiyyəti, Şanlı Ordumuzun misilsiz şücaəti sayəsində qazanmışıq bu qələbəni. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına geri azad etmişik Qarabağımızı...

Abakar Hacıyev də bizə 30 ildən sonra qələbənin nə qədər şirin olduğunu göstərən ölməz Şəhidlərimizdən biridir.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Abakar Məhəmməd oğlu Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və məzun olduqdan sonra "leytenant" rütbəsində ordu sıralarında xidmət etməyə başlayıb. Xidmət illəri ərzində "mayor" hərbi rütbəsinə qədər yüksəlib. Abakar Hacıyev 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 27-də Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Abakar Hacıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Qəhrəmanımız ailəli idi. 3 övladı əmanət qalıb.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər