02.04.2026, 06:20
AZ EN
01.04.2026, 18:55 234

Paşinyan: Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.

O bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir", - Paşinyan vurğulayıb.

O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.

"Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir", - Paşinyan qeyd edib. (Report)

Oxşar xəbərlər