Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o vurğulayıb.
"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Ermənistanın Baş naziri əlavə edib. (Report)