02.04.2026, 06:19
AZ EN
01.04.2026, 20:58 208

Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək

XƏBƏRLƏR
  • Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.

Bu qərar aprelin 1-də Respublika Partiyasının icraedici orqanının iclasında qəbul edilib.

Qeyd olunub ki, qərar hərtərəfli təhlilin yekunlarına əsasən qəbul edilib. Qərarın əsaslandırılması, eləcə də partiyanın gələcək addımları aprelin 4-də keçiriləcək partiyanın 18-ci qurultayında təqdim olunacaq. (Report)

Oxşar xəbərlər