Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, müvafiq sənədi “İrəvan İES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin (National Iranian Gas Company - NIGC) rəhbəri Məcid Çegeni imzalayıblar.
Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb, çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır. (APA)