19.09.2024, 16:28
AZ EN
07.05.2023, 10:36 146

Erməni deputat xalqı inqilaba çağırıb

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb.

“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - “Ermənistan” fraksiyasından olan deputat deyib.

Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.

O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Deputatın fikrincə, xalq yalnız o adamları seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır.

“Ona görə də bu hüquqdan istifadə etmək üçün ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, - o, fikirlərini yekunlaşdırıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR