22.11.2024, 09:59
AZ EN
17.05.2023, 15:37 330

Ermənistan vətəndaşları qorxu içindədir

XƏBƏRLƏR
  • Ermənistands bu yaxınlarda yaradılmış "Digər seçki layihəsi" adlı qrupun bu gün İrəvanda keçirdiyi "Birləşmə erməni gündəliyi kimi" müzakirələrdə ölkədə əhali arasında qəsdən qorxu, vahimə yaradılmasına çalışılmasından da danışılıb.

Jurnalistlər İttifaqının sədri, “168 saat”ın baş redaktoru Satik Seyranyan çıxışında bildirib ki, oğlunun 11 yaşı var və o da əsgər olacaq. Amma orduda olan qeyri- sağlam mühitə görə oğlunun taleyindən indidən narahatdır. Əlavə edib ki, vaxtilə tanıdıqlarının əksəriyyəti Qarabağda xidmət etdikləri üçün fərəhlənirdilər. Amma 44 günlük müharibədən sonra Ermənistanın özündə də xidmət etmək istəməyənlər getdikcə çoxalır.

O, belə bir fikri də xüsusi vurğulayıb ki, separatçılarını dəstəsində Ermənistandan göndərilən elə adamları komandir təyin edirlər ki, nə olduğu yeri tanıyır, nə də şəxsi cəsarəti var, bir güllə atılanda əsgərləri orada qoyub qaçır.

"Hraparak"ın bu gün yaydığı bu xəbər də sübut edir ki, Qarabağdakı silahlı quldurlar məhz İrəvandan idarə olunur. Bunu sözügedən jurnalist də açıqca etiraf edib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR