Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini “zinakar” adlandırıb.
"Vətən səsi" xəbər verir ki, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb: “Ktrij Nersisyan (II Qaregin), de ki, o zinakar Arşak “öz müqəddəs yer”inə qayıtsın. Sözün əsl mənasında öz yerinə qayıtmalıdır”.
Paşinyan əlavə edib ki, “Erməni kanonu” Erməni Apostol Kilsəsinin əsrlər boyu formalaşmış davranış qaydaları toplusudur. Orada deyilir ki, zinakar yepiskop, bu halda Arşak “müqəddəs vəzifə”dən uzaqlaşdırılmalıdır: Demək istədiyim odur ki, kilsəmizin qaydalar toplusunda məhz bu sözlər yazılıb. “Erməni kanonu”na görə, Arşak “müqəddəs zinakar” deməkdir. Gəlin Ktriç Nersisyanın cavabını gözləyək ki, onu sırf və müstəsna olaraq “Erməni kanonu”nun tərifləri ilə müəyyən edə bilək. Artıq cəfəngiyata yer yoxdur”.
Bir neçə gün əvvəl Ermənistanın Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Nikol Paşinyan Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
“Hraparak” qəzeti isə hökumətdəki mənbələrinə istinadən yazır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə ölkənin təhlükəsizlik orqanları bütün ermənilərin katolikosu II Qaregin barəsində faktlar toplayır. Nəşr xatırladır ki, Nikol Paşinyanın sosial mediada katolikos və kilsə haqqında yaydığı paylaşımları da daxil olmaqla kilsəyə qarşı kampaniya davam edir: “Hökumət mənbələrinin bildirdiyinə görə, susqunluq olsa da, hökumət kilsəyə qarşı gizli fəaliyyətini davam etdirir: onlar faktlar toplayır və kompromatlar hazırlayırlar. Passivlik regiondakı qeyri-sabitlik, İran-İsrail müharibəsi ilə şərtlənir”.
İddia olunur ki, Paşinyan II Qareginə son zərbəni vurmaq, yəni onu vəzifəsindən uzaqlaşdırmaq üçün uyğun məqamı gözləyir. Mənbə Ermənistan baş nazirinin məsələni 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər həll etmək istədiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Nikol Paşinyan Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
Elxan SALAHOV