21.11.2024, 18:12
AZ EN
31.01.2023, 16:50 329

Köçəryan yenə məhkəməyə çağırılıb

XƏBƏRLƏR

Xocalı qatillərindən olan Robert Köçəryan yanvarın 31-də İrəvanın Şenqavit ərazi məhkəməsində "Silvanın işi" üzrə sorğu-suala tutulub. Həmin işdə bildirilir ki, Ermənistanın ikinci prezidenti R.Köçəryan və sabiq baş nazir müavini Armen Gevorqyan iş adamı Silvadan öncədən xeyli rüşvət alıblar. Sonrakı illərdə isə onun biznesinə əl qoyaraq öz yaxın adamlarının adına keçirməklə qeyri-qanuni varlanıblar.

"Lurer" onu da bildirir ki, sözügedən məhkəmə artıq iki ildir ki, heç bir qərar qəbul etməyib və bunun özü  də bəzi nüansların açıqlanmasına imkan vermir.

Nəsib

Oxşar xəbərlər