Qeyd olunub ki, sabiq nazirin Göyçə mahalında yüksək vəzifədə olan qohumu və özü oğru aləminin tanınmış simalarından olan Ded Xasan, Alik və Ara Banduryanla daim ünsiyyətdə olaraq xaricdə yaşayan varlı ermənilərdən məhz onların hədə-qorxuları sayəsində küllü miqdarda pulu mənimsəyiblər. Əlavə olunub ki, Hranuş Hakopyanın böyük bacısı Seda da bütün bu cinayətlərdən xəbərdar olub və vilayət başçısının müavini işləyən ərinin oğru dünyası ilə sıx əlaqələrindən milyonlar əldə edib.
Oğrularla bu gün də sıx əməkdaşlıq edən sabiq nazir barədə tədbir görülməməsindən narahat olan şikayətçi əmindir ki, Ermənistanda get-gedə bütün nazirlər "qanuni oğru" titulu olanlar tərəfindən idarə olunacaqlar.
Nəsib Qaramanlı