19.09.2024, 05:06
AZ EN
25.01.2023, 09:55 353

Vartanyanın əleyhdarları çoxalır

XƏBƏRLƏR

Hayların "Hraparak" qəzetinin 25 yanvar tarixli sayında dərc olunmuş "Ruben Vartanyana qarşı bir neçə müxalif ocaq yaradılıb" sərlövhəli məqalədə deyilir ki, son günlər ona müxalif olan qurumlar yaranmaqdadır. Həmin qurumların tərkibindəki adamların çoxu Ruben Varranyan tərəfindən işdən çıxarılanlar və onların tərəfdarlarıdır. Tapşırığını İrəvandakı hakimiyyət nümayəndələrindən alan həmin qruplar əhali arasında geniş təbliğat aparmaqla yanaşı, həm də R.Vartanyanın qovulmasından sonra Laçın- Xankəndi yolundakı ekoaksiyanın dayandırılacağı ehtimalını irəli sürürlər. Onlar xüsusi vurğulayırlar ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsinə də məhz Vartanyan maneələr yaradır. Bu isə yeni müharibəyə və erməni əhalinin Qarabağı birdəfəlik tərk etməsinə gətirib çıxaracaqdır.

Qəzet daha sonra əlavə edib ki, həmin müxaliflər sırasında fəaliyyətinə R.Vartanyan tərəfindən qadağa qoyulmuş qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə çoxdur. Onlar da indi Ermənistan hakimiyyəti tərəfindən təlimatlandırılır və maliyyələşdirilir. Vartanyan isə bundan məlumatlıdır, ancaq hələlik istefaya getmək istəmir, öz tərəfdarlarına maliyyə paylamağa davam edir.

N.QARAMANLI

Oxşar xəbərlər