Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada seçicilərlə görüşdə bildirib.
O, Türkiyənin türk dünyasını birləşdirən bir ölkə olduğunu xatırladaraq müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Azərbaycanı Çin-Avropa yol xəritəsindən kənar tutmasına işarə edərək deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir ki, “siz bizdən nə istəyirsiniz? Siz bizi niyə kənarlaşdırırsınız?! Siz Azərbaycandan nə istəyirsiniz?!”. Təbii ki, sualı cənab Kılıçdaroğluna ünvanlayır, ondan soruşur. Amma nəzakətindən ad çəkməyib”.
Mövlud Çavuşoğlu 44 günlük müharibə zamanı ölkəsinin tutduğu mövqedən bəhs edərək bunları söyləyib: “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıçdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?! Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün döyüşdü, yəni Ermənistanın torpaqlarına hücum etməyib”. (Report)