14.04.2026, 21:55
AZ EN
14.04.2026, 17:48 33

Ermənistanı Antalyada ADF2026-da Vahan Kostanyan təmsil edəcək

XƏBƏRLƏR
  • Aprelin 17-19-da keçiriləcək IV Antalya Diplomatiya Forumunda (ADF2026) Ermənistanı xarici işlər nazirinin müavini Vahan Kostanyan təmsil edəcək.

Bu barədə tədbirin təşkilatçıları bildirib.

Məlumata görə, forumun rəsmi saytında iştirakçılar arasında Kostanyanın fotosu dərc edilib.

Türkiyə mediasının məlumatına görə, bu il ADF2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyətləri gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısı, 15-ə yaxın vitse-prezident, eləcə də böyük əksəriyyəti xarici siyasət idarələrinə rəhbərlik edən 50-dən çox nazir elan edilib. Ümumilikdə forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla, beş minə yaxın qonağı qəbul edəcək.

ADF2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiya planlaşdırılıb. Müzakirələr yalnız siyasi və regional məsələlərə deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərinə toxunacaq. (Report)

Oxşar xəbərlər