"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan üç müxalif partiyanın qarşıdakı seçkilərdə vahid namizədlərlə iştirakından danışarkən deyib. O, həmin partiyaları"üçbaşlı müharibə partiyası" adlandırıb: "Artıq hamı başa düşür ki, "Üçbaşlı müharibə partiyası"nın yalnız bir Baş nazirliyə namizədi var, o da Robert Köçəryandır. Çünki Ermənistan qanunlarına görə Rusiya əsilli oliqarx - Samvel Karapetyan Baş nazir namizəd ola bilməz, o həm Kipr, həm də Rusiya vətəndaşıdır. Rusiyaya bağlılığı şübhə doğurmayan digər Qaqik Sarukyanın özü namizəd deyil və öz namizədinin kim olduğunu açıqlamır. Yəni, bu üç qüvvə arasında ümumilikdə cəmi bir baş nazirliyə namizədi var".
Rubinyan onun da əlavə edib ki, Qaqik Sarukyan "bizə yeni sima lazımdır" dedikdə Samvel Karapetyanı nəzərdə tutur. Amma reallıq ondan ibarətdir ki, Karapetyanın seçkilərdə iştirak edə bilməyəcəyini onun özü də anlamağa başlayıb: "Bəs, onun dediyi yeni sima kimdir? Özü, yoxsa Köçəryan? Axı, Robert Köçəryanın nəyi yenidir? Hətta rusiyalı oliqarx Karapetyan namizəd olsa belə, o da yeni deyil".
Hər iki oliqarxın son anda Robert Köçəryanı dəstəkləyən parlament sədrinin müavini bildirib ki, Samvel Karapetyan həm Ermənistanın Baş naziri olmaq istəyir, həm də Kipr və Rusiya vətəndaşlığından imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, Karapetyan sadəcə, Rusiyadan aldığı təlimat əsasında hərəkət edir, davranışlarını Kremlin tezisləri əsasında qurur: "Mən əmin deyiləm ki, internetdə yayılan müraciət həqiqətən onun çıxışı idi. Amma danışan özü idisə, 5 dəqiqə 20 saniyə danışdığına görə onu təbrik edirəm ki, insult keçirmədi. Ümid edirəm, gələcəkdə publik şəkildə özünə sual verilməsinə imkan yaradacaq. Əminəm ki, Samvel Karapetyan sizin suallarınızdan qorxmayacaq”.
Elxan SALAHOV