Bunu analitik Amiran Salukvadze “Günün Xronikası” proqramında bildirib.
Onun sözlərinə görə, bu gün dünyadakı mövcud vəziyyəti nəzərə aldıqda, Qafqazda sabit qonşuluq siyasəti çox önəmlidir.
“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş Naziri İrakli Kobaxidze ilə görüşündən sonra bildirib ki, iki ölkə arasındakı əlaqələr hər sahədə uğurla inkişaf edir. Siyasi münasibətlər iki qonşu ölkənin necə yaşamalı olduğunu göstərən bir nümunə ola bilər”, - analitik qeyd edib.
Qeyd edək ki, bu gün Gürcüstan Baş Naziri İrakli Kobaxidze Azərbaycana səfər edib.(Report)