02.03.2026, 19:06
AZ EN
02.03.2026, 17:34 14

Ermənistanın yeni Konstitusiyası müzakirəyə hazırdır

XƏBƏRLƏR
  • Ermənistan hökuməti yeni Konstitusiya layihəsinin mətnini ictimai müzakirəyə təqdim etməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rəsmi orqanlara istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya layihəsinin mətninin mart ayı ərzində dərc olunacağını söyləyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, yeni Konstitusiyanın  mətni demək olar, hazırdır: "Mətn dəyişikliklər üçün fikirlərin olacağı ehtimalı ilə dərc olunacaq. Yəni ictimaiyyətdə yeni Konstitusiya layihəsi ilə bağlı hər hansı təklif gələcəksə, biz buna açığıq”.

Srbuhi Qalyanın sözlərinə görə, preambula – birinci fəsil məsələsi hələ müzakirə olunmayıb və hazır deyil: “İki-üçüncü fəsilləri birləşdirərək onları bir fəsilə çevirdik, bu da dövlətin vəzifəsinin vətəndaşların hüquqlarını qorumaq olduğunu göstərir. Dövlət daha böyük yükü öz üzərinə götürməyə hazırdır”.

Ədliyyə naziri əlavə edib ki, hələlik Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə bağlı heç bir qərar yoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər