07.06.2025, 23:37
AZ EN
15.03.2023, 14:32 309

Paşinyanın kartı açıldı

XƏBƏRLƏR

Dünənki mətbuat konfransında Putinlə telefon danışığı zamanı nələrdən bəhs edildiyi barədə suala cavabında bəzi məqamlara aydınlıq gətirmək istəmədiyini bildirən Nikol Paşinyanın kartı məhz öz komandasının qadın üzvü tərəfindən açılıb. Belə ki, Qarabağlı hay kökənli deputat Metakse Hakopyan əminliklə bildirib ki, Rusiya Federasiyası Azərbaycana inteqrasiyanın əleyhinədir. O, əlavə edib ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda inteqrasiya ilə bağlı heç nə yoxdur. “Əgər inteqrasiya ilə bağlı heç olmasa bir yerdə nəsə olsa idi, onda “arsaxın” təhlükəsizlik məsələsi bəyanatda öz əksini tapmazdı”, - deyə deputat guya, Rusiyanın “arsaxın” taleyi haqqında gələcəkdə müzakirə aparılacağını istədiyini baş nazirin diqqətinə çatdırıb və ikitərəfli münasibətlərin qurulmasının əlehinə olduğunu açıq mətnlə bildirib.

Sözügedən xəbəri "Lurer.com " və "Hraparak " yayıb.

Nəsib

Oxşar xəbərlər