"Hraparak" xəbər verir ki, Qarabağ kökənli Avropa və dünya çempionu Aşot Danielyanın həbsi ilə bağlı İrəvanın Erebuni yaşayış massivində azarkeşlərin etiraz aksiyası keçirilib. Əlavə olunub ki, samboçu Aşot Avropa və dünya birinciliklərində daim Ermənistanı təmsil edərək dəfələrlə yarışın yüksək pilləsində qərarlaşıb. Onun həbsinin səbəbləri isə müxtəlif formada təqdim olunur. Müxbir məhkəmə ilə əlaqə saxlayaraq məşhur idmançının niyə həbs olunduğu ilə maraqlansa da ona dolğun cavab verilməyib. Sadəcə qanunu pozub deyərək dəstəyi yerinə qoyublar.
Nəsib