"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, Rusiya Baş nazirin müavini Aleksey Overçuk Ermənistan hakimiyyətinə sərt xəbərdarlıq edib. O, deyib ki, bu ilin sonuna qədər Ermənistan və Rusiya 6 milyard dollar itirə bilər. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması onun Rusiya ilə ticarətinə birbaşa təsir göstərəcək.
Overçuk əlavə edib ki, Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiyası Ermənistanın hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına səbəb ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə bir sıra fundamental üstünlüklərini itirəcək.
Elxan SALAHOV