Bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Keşişin terrorçu sabiqlərlə hansı məsələləri müzakirə etdiyi açıqlanmır.
Erməni mənbələri onu da yazır ki, keşiş Baqratın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşü hələlik alınmayıb.
Qeyd edək ki, Baqrat Qalstanyan sentyabrın 22-nə tərəfdarları ilə Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində toplantı təyin edib.
Keşiş bildirib ki, həmin toplantıda Paşinyan hakimiyyətinin dəyişdirilməsi üçün hərəkatın bundan sonrakı fəaliyyət istiqamətləri müəyyən ediləcək. (APA)