22.11.2024, 01:06
AZ EN
25.08.2023, 14:30 301

"Bever" oturaq aksiya keçirir

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, radikal "Bever" ("qütb") təşkilatı Ermənistan hökumətinin dünənki iclasından sonra İrəvanın "Azadlıq" meydanında oturaq aksiyaya başlayıb. Siyasi fəal, "Bever"in üzvü, sabiq səfir Ara Papyan adəti üzrə Nikol Paşinyanın ünvanına tənqidi fikirlər səsləndirib və deyib ki, guya Qərb onun hakimiyyətdən getməsinə imza atıb. Amma Nikol vəzifədə maaşlarını yenə də artırdığı polisin sayəsində qalıb. Özləri hakimiyyətə gələcəklərini, bütün məsələləri həll edəcəklərini və ölkədə tezliklə milli demokratiyanın yaranacağını bilirsə də bu aksiya iştirakçıları tərəfindən gülüşlə qarşılanıb. Xatırladaq ki, bu radikal təşkilatın rəhbəri Jirayr Səfilyan Xocalı qatillərindəndir.

Nəsib

Oxşar xəbərlər