01.08.2025, 19:34
AZ EN
23.01.2025, 12:03 386

Paşinyan İsveçrəyə Annası ilə gedib

XƏBƏRLƏR
  • Ermənistan hökumətinin mətbuat xidmətindən "Hraparak"a bildiriblər ki, baş nazir Nikol Paşinyan İsveçrədə keçiriləcək Davos ümumdünya iqtisadi zirvə toplantısında iştirak etmək üçün yanvarın 23-24-də sözügedən ölkədə işgüzar səfərdə olacaq.

Əlavə olunub ki, səfər çərçivəsində bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər də keçiriləcək. Səfərə həyat yoldaşı Anna və xeyli rəsmi nümayəndə ilə çıxan Nikol Paşinyanın büdcəyə qənaət etmədiyi də xüsusi vurğulanıb. Yazılıb ki, o, öz kofe içənlərdən ibarət komandası ilə yenə heç nəyə nail ola bilməyəcək, amma bir-birini təkzib edən ifadələrlə hər şeyin yaxşı olacağını bildirəcək.

N.Qaramanlı

Oxşar xəbərlər