Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib.
"Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli və Dövlətyarlı kəndlərində tikinti işlərinə başlanılıb. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi ev, Pirəhmədli kəndində isə 255 fərdi evin inşası planlaşdırılır. Eləcə də bu kəndlərdə məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq", - deyə o əlavə edib. (AZƏRTAC)