28.02.2026, 18:11
AZ EN
28.02.2026, 13:18 78

Milli parklarda “Açıq qapı” günü keçiriləcək

XƏBƏRLƏR
  • 3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vəhşi təbiətin qorunmasının əhəmiyyətinə, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərinin mühafizəsinə diqqətin cəlb edilməsi, eləcə də cəmiyyətin bütün yaş qruplarında təbiətə qarşı məsuliyyət və qayğı hissinin gücləndirilməsi məqsədilə Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü il dekabrın 20-dən qeyd olunur.

Hər il müxtəlif mövzular üzrə keçirilən Ümumdünya Vəhşi Təbiət Günü bu il “Dərman və ətirli bitkilər: Sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması” devizi ilə qeyd edilir.

“Hər kəsi bu günü təbiət qoynunda keçirməyə, vəhşi təbiətin qorunmasına öz töhfəsini verməyə, zəngin biomüxtəlifliyə və unikal landşaftlara malik milli parklarımızın nadir gözəlliklərini kəşf etməyə dəvət edirik”, - deyə məlumatda bildirilib. (AZƏRTAC)

Oxşar xəbərlər