28.02.2026, 22:47
AZ EN
28.02.2026, 17:52 113

Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Ömər Rəcəbli (81 kq) finalda Abdul-Kerim Tasuyevi (Rusiya) məğlub edib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb. (Report)

Oxşar xəbərlər