Tiran Xaçatryanı 2020-ci il iyunun 15-də baş qərargah rəisinin müavini vəzifəsinə təyin edilməsi də məhz həmin nüansın tərkib hissəsi idi. 44 günlük müharibənin qızğın günlərində baş nazir tərəfindən ona "milli qəhrəman" adı verilməsinin düzgün olmadığını vurğulayan "Hraparak" müxbiri əlavə edib ki, bu, Ermənistanın təltifetmə barədə qanununa tam ziddir. Beləki, milli qəhrəman adı ən yüksək təltif olduğuna görə bu ada namizədlər barədə həm də milli təhlükəsizlik xidməti rəhbərinin imzaladığı razılıq sənədi olmalıdır. Amma bu qayda Tirana şamil edilməyib və o yalnız baş nazirin sərəncamı ilə təltif edilib. O vaxt milli təhlükəsizlik xidmətinin rəhbəri olan Artur Vaneçyan və bir neçə general bunu bilsələr də yalnız müşahidəçi qismində olublar.
Agentlik əlavə edib ki, Tiran özü vətənpərvər adam olsa da müharibənin uduzulmasına görə onun həmin adı daşımağa nə mənəvi, nə də hüquqi haqqı çatmır. Generallar isə yenə də susmağı üstün tuturlar ki, baş nazir onların da barəsində araşdırma aparılmasını tapşırmasın.
N.Qaramanlı