Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması danışıqlarında xüsusi nümayəndəsi, spikerin müavini Ruben Rubinyanın da həmin səfərdə iştirakı və bənzər ifadələr işlətməsi bəzi deputatlar tərəfindən müsbət qarşılansa da qardaş Türkiyənin ünvanına yenə də tənqidlər ünvanlayaraq özünün qeyri-insani təbiətlərini nümayiş etdirənlər də olub. O da narazlıqla qeyd olunub ki, ATƏT-in Minsk qrupu mövcud olduğu halda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə Ermənistanın yazılı cavabı Türkiyə vasitəsilə göndərilib. Yuxarıda adı çəkilən rəsmi şəxslər deyilənləri təkzib etsələr də, əks fikirləşənlər yenidən sərsəmləyiblər ki,Türkiyənin bölgədəki maraqları hayların maraqları ilə üst-üstə düşmür və ona etibar etmək üçün müxtəlif yollardan keçilməlidir.
Göründüyü kimi, haylar hələ də bütün məsələlərə iran və frəng bacılarının diktəsi ilə münasibət sərgiləyirlər. Dərk etmək istəmirlər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, Minsk qrupu gorbagor olub.
Nəsib