Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, razılaşmaya əsasən, hər iki ölkənin vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcəklər.
Məlumatda o da bildirilib ki, razılaşmanın məqsədi Gürcüstan və Ermənistan vətəndaşları üçün daha əlverişli qarşılıqlı səfər imkanı yaratmaqdır.
Qeyd olunub ki, Baş nazirlər tərəfindən imzalanmış razılaşma iki ölkə arasında 19 may 1993-cü ildə imzalanmış vizasız səfərlərə dair qanunu əvəz edib. ("APA")